XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 18:32

ABŞ-ın birinci xanımı Melaniya Tramp Misirə gəlib- Dörd Afrika ölkəsinə səfəri çərçivəsində

ABŞ-ın birinci xanımı Melaniya Tramp dörd Afrika ölkəsinə səfəri çərçivəsində Qahirəyə gəlib.

AZƏRTAC xəbər verir ki, aeroportda Melaniya Trampı Misir Prezidentinin xanımı İntisar əs-Sisi qarşılayıb.

ABŞ-ın birinci xanımı oktyabrın 2-də Afrikanın dörd ölkəsinə – Qana, Malavi, Keniya və Misirə ilk xarici səfərə yola düşüb. M.Trampın 5 günlük səfəri xəstəxanalarda analara və yeni doğulanlara yardım, uşaqların təhsili, habelə bu ölkələrin mədəniyyətinin və tarixinin öyrənilməsi məsələlərinə həsr edilib.

Qeyd etmək lazımdır ki, uşaqların rifahının qorunması məsələsi Melaniya Trampın bu il başladığı “Be Best” (“Ən yaxşısı sən ol”) kampaniyasının əsas aspektidir. Melaniya Tramp Qahirədə bir sıra məktəblərə və xəstəxanalara baş çəkəcək, uşaqlarla görüşəcək. Bundan əlavə, ABŞ-ın birinci xanımı öz səfərinin mədəni proqramı çərçivəsində Qahirədə və Qizədə Misirin məşhur görməli yerlərinə baş çəkəcək.