XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 18:48

Şiddətli yağışlar İranın üç əyalətinə ciddi ziyan vurub- FOTO

İranın şimalındakı Gilan, Mazandaran və Gülüstan əyalətlərində yağan şiddətli yağışlar ciddi fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, Gilan əyalətində yağan yağış sel ilə nəticələnib və üç nəfər həlak olub. Əyalətdə magistral və kənd yollarına, fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Mazandaran və Gülüstan əyalətlərində də evlər və ictimai iaşə obyektləri seldən zərər çəkib. Adıçəkilən əyalətlərdəki Astara, Talış, Masal, Fumən, Larican, Samesar və başqa şəhərlərdə küçələr suyun altında qalıb.

İran hökuməti təcili tədbirlər görmək üçün rəsmi şəxsləri hadisə yerinə göndərib. Fövqəladə vəziyyətlər komissiyasından isə bildiriblər ki, əhaliyə lazım olan yardımlar göstərilir.