XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 19:03

İnterpolun baş katibi itkin düşən prezident barədə məlumat istəyib- Çindən

İnterpolun Baş katibi Yurgen Ştok Çin hökumətindən itkin düşən qurumun prezidenti Men Hunveyin statusu barədə açıqlama tələb edib.

“Report” İnterpolun rəsmi saytına istinadən xəbər verir ki, qurum rəhbərliyi Çin hökumətindən rəsmi cavab və bununla bağlı problemlərin həll olunmasını gözləyir.

Xatırladaq ki, İnterpolun prezidenti Çinə səfəri zamanı itkin düşüb. Çin KİV-ləri Men Hunveyin xüsusi xidmət əməkdaşları tərəfindən qaçırıldığını xəbər veriblər. Təsdiqlənməmiş məlumata əsasən, hazırda o, istintaqdadır.