XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 19:05

Latviyada seçkilərdə sürpriz nəticə –Rusiyameyilli partiya favoritdir

Oktyabrın 6-da Latviyada parlament seçkisi keçirilir.Seçkidə 16 siyasi partiya mübarizə aparır.

Qərb mətbuatının yaydığı məlumata görə, rusdilli əhalinin maraqlarından çıxış edən“Harmoniya ”(Yektillik) partiyasının favorit olduğu bildirilir.

Qeyd edək ki, Avropa Birliyi və NATO-nun üzvü olan Latviyanın Rusiya ilə 270 kilometrlik sərhədi var. Təxminən 50 il Sovet işğalında yaşayan bu ölkənin əhalisinin hazırda 25 faizi etnik ruslardır. Ölkə,Sovet İttifaqı-nın 1991-ci ildə çökməsindən sonra müstəqilliyini bərpa edib. Son seçkilərdə Latviyada rusiyapərəst partiya qalib gəlsə də digər partiyalar onunla koalisiyaya girmədiyindən hakimiyyətə gələ bilmədi.

Baş nazir Maris Kucinskis deyib ki, biz yol ayrıcındayıq. Ya biz, ya da onlar yeni hökumət yaradacaqlar.

O qeyd edib ki, “Harmoniya” partiyasının birləşdiyi koalisiya hakimiyyətə gəlsə, Latviyanın Avropa Birliyi ilə münasibətləri və ölkənin daxili təhlükəsizliyində çox köklü dəyişiklik olacaq. O,bunu böyük təhlükə adlandırıb.

(Azadlıq radiosu)