XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 20:54

Kaliforniya qubernatoru Türkiyə əleyhinə olan sənədə veto qoyub

Kaliforniya ştatının qubernatoru Cerri Braun dövlət qulluqçularının təqaüd fondlarına Türkiyə maliyyə alətlərinə investisiya qoymağı qadağan edən qanun layihəsinə veto qoyub.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Kaliforniya Nümayəndələr Palatasının üzvü, erməni əsilli Adrian Nəzəryan tərəfindən təqdim olunan və qanunverici orqanda bütün pillələri keçən qanun layihəsi Türkiyənin qondarma “erməni soyqırımını tanımaqdan boyun qaçırması” bəhanəsi ilə irəli sürülüb.