XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 21:18

Müğənni Tina Törnerə həyat yoldaşının böyrəyi köçürülüb

Amerikalı müğənni Tina Törner üzərində aparılan 2017-ci ildə böyrəkköçürmə əməliyyatı barədə danışıb.

“Report” xəbər verir ki, bu barədə 78 yaşlı artistin “My Love Story” avtobioqrafiyasına istinadən “Associated Press” agentliyi yazıb.

Müğənni bildirib ki, əməliyyat çox uğurlu keçib, lakin o, hələ də, xəstəliyin ağırlaşmaması ilə mübarizə aparır.

Tina Törner əlavə edib ki, onun böyrək donoru həyat yoldaşı Ervin Bax olub. Qadının sözlərinə görə, ərinin bu addımı onu heyrətə gətirib və həyat yoldaşına necə təşəkkür edəcəyini bilməyib.