Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud 2030-cu ilə qədər Rusiya da daxil olmaqla, bir çox neft istehsalçısı ölkənin dünya bazarından “yox olacağı” barədə bəyanat verib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi “Bloomberg” telekanalına müsahibəsində 19 ildən sonra Rusiyada hasilat tam dayandırılmasa və sutkada 10 milyon barrel neft itməsə də, istehsalın olduqca aşağı düşəcəyini deyib.
O, həmçinin Çinin də təxminən 5 ildən sonra neft bazarından gedəcəyini, digər bir çox istehsalçıların da hər gün “yox olacağını” proqnozlaşdırıb. Vəliəhdin sözlərinə görə, bütün bunlara baxmayaraq neftə olan tələbat 2030-cu ilədək illik təxminən 1–1,5 faiz artacaq: “Bütün bunlardan çıxış edərək Səudiyyə Ərəbistanı gələcəkdə neft təchizatını artırmalıdır. Biz bu sahədə ölkəmiz üçün heç bir təhlükə görmürük”.