Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Azaz şəhərinin mərkəzində avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, daha 27-si yaralanıb.
Bu barədə Türkiyənin “Yeni Safak” qəzeti yazıb.
Bildirilir ki, partlayış yanacaqdoldurma məntəqəsində baş verib. Yaralılar Türkiyənin Kiliz şəhərindəki xəstəxanaya yerləşdirilib.
“Associated Press”in məlumatına görə, ölənlərdən ikisi uşaqdır/Report.