XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 12:35

Əfqanıstan ordusu 13 vilayətdə əməliyyat keçirdi –57 silahlı şəxs öldürüldü

Son sutka ərzində Əfqanıstanın milli müdafiə, təhlükəsizlik və Hərbi Hava Qüvvələrinin ölkənin müxtəlif vilayətlərində birgə keçirdikləri əməliyyat zamanı onlarla silahlı zərərsizləşdirilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Tolo news” telekanalı məlumat yayıb.

Ölkənin Müdafiə Nazirliyinə istinadən yayılan xəbərdə bildirilir ki, son 24 saat ərzində milli müdafiə və təhlükəsizlik qüvvələri 13 vilayətdə əməliyyat keçiriblər. Güc strukturları 57 silahlını məhv ediblər, daha 8 silahlı isə yaralanıb.

Əməliyyatın gedişində həmçinin cinayətkarların silahları da məhv edilib/Report.