XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2018 - 22:43

“Taliban” polisə hücum etdi, 7 əməkdaşı öldürdü –Aralarında rəis də var

Əfqanıstanda “Taliban” radikal hərəkatının üzvlərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 7 üzvü ölüb.

Trend-in məlumatına görə, hücum ölkənin Vardak vilayətində törədilib.

Ölənlərin arasında Seyidabad rayonun polis bölməsinin rəisi də var.

KİV-lərin verdiyi məlumata əsasən, güc strukturları bir neçə terrorçunu məhv etməyə nail ola biliblər, lakin onların dəqiq sayı məlum deyil. Hal-hazırda rayon güc strukturları və milli müdafiə qüvvələrinin nəzarəti altındadır.