XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 09:00

İsrailin baş naziri Putinlə görüşəcək –Netanyahu bu barədə iclasda məlumat verib

 

İsrailin baş naziri Benyamin Netanyahu tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyib.

Reuters və AFP-nin məlumatına görə, Netanyahu nazirlər kabinetinin iclasında deyib ki, razılaşma Putinlə telefon söhbəti zamanı əldə olunub.

Netanyahunun sözlərinə görə, onlar görüşdə təhlükəsizlik sahəsində koordinasiya məsələsini müzakirə edəcək. Bu, Rusiyanın İL-20 kəşfiyyat təyyarəsinin sentyabrın 17-də Suriyada vurulmasından sonra ilk belə görüş olacaq. Rusiya İl-20 təyyarəsinin Suriyanın hava hücumlarından müdafiə qüvvələri tərəfindən vurulmasına görə cavabdehliyi İsrailin üzərinə atıb.

Moskva hesab edir ki, həmin vaxt bölgədə əməliyyat keçirən İsrailin F-16 qırıcı təyyarələri Rusiya təyyarəsinin arxasında gizlənərək onu qəsdən hədəfə çeviriblər.

İsrail ittihamı rədd edir. Amma Netanyahu həmin vaxt insitentdən təəssüf bildirmiş və ölənlərin ailələrinə başsağlığı vermişdi. Rusiya insidentdən sonra Suriyada yeni S-300 raket kompleksləri yerləşdirib.  Netanyahu oktyabrın 7-də zəng edərək Vladimir Putini doğum günü münasibətilə təbrik edib. Putinin ad gününü qeyd etmək üçün İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni də Moskvaya gedib. Oktyabrın 7-də Vladimir Putinin 66 yaşı tamam olub.