XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2018 - 15:20

Aleksandr Lukaşenko:“Ukraynadan Belarusa qeyri-leqal yollarla çoxlu sayda silah daxil olur”

 

Ukraynadan Belarusa qeyri-leqal yollarla çoxlu sayda silah daxil olur.

Bu barədə Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko ilə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.

A.Lukaşenko bildirib ki, Ukraynada baş verən hadisələrin, gedən proseslərin Belarusa təsiri böyükdür. “Xüsusilə Ukrayna sərhədlərindən Belarusa silahların axını bizi narahat edir. Biz onların əksəriyyətini müsadirə edirik”, – deyə Belarus Prezidenti əlavə edib.

Görüşdə Ukrayna daxilində gedən proseslər, iki ölkə arasında münasibətlərin tarixi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb/Azərtac.