"NATO hazırda bütün diqqətini Rusiyanın siyasi və hərbi yolla qarşısının alınmasına yönəldib".
Bunu ABŞ-ın “Vol Strit Jornal” qəzetinə müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib. Onun sözlərinə görə, NATO-nun bu fəaliyyəti çox təhlükəli tendensiyadır:
“Bu bizim seçimimizdir. Biz inanırıq ki, yeni Avropa yaradılması yolunda fəaliyyətimizi davam etdirməliyik. NATO hələ də köhnə əməllərindən əl çəkmir”.
Axar.az