XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2018 - 18:45

Paşinyan Respublikaçıları hədələdi:“Tarixin zibilliyindən çıxa bilməyəcəksiniz!”

 

“Ermənistanın Respublikaçılar partiyası mövcud siyasi vəziyyəti dərk etməməkdə israrlıdır və ölkədə gərginliyin artmasına şərait yaradır”.

Naxcivanxeberleri.com  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.  KİN nümayəndələrinin “Respublikaçılar baş nazir postuna öz namizədini irəli sürəcəyini istisna etməyib” ifadəsini şərh verən Paşinyan buna imkan verməyəcəyini bildirib.

““Sanitek” zibilxanasından çıxmaq olar, amma tarixin zibilliyindən yox. Gəlin, fantastika janrında fərziyyə qurmayaq. Çünki xalq və biz heç kimə bu imkanı verməyəcəyik. Əgər kimsə xalqa problem yaratmaq rolunu öz üzərinə götürmək və xalqa mane olmaq qərarına gəlibsə, xalq özü həmin problemin ləğvi yolunu tapacaq. Mən özümü bu prosesin qarantı hesab edirəm”, – deyə Paşinyan bəyan edib.

Ermənistanın baş naziri onu da əlavə edib ki, nə zaman istefa verəcəyini hələ dəqiqləşdirməyib. Lakin ölkə parlamenti demək olar ki, de-fakto buraxılıb və onun fəaliyyətinin sadəcə de-yure dayandırılması qalır.