Əfqanıstan parlamentinə namizədin seçki qərargahında baş vermiş partlayışda azı 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
“RİA Novosti xəbər verir ki, ölkənin cənubundakı Hilmənd əyalətinin Laşkargah şəhərində baş vermiş hadisə zamanı deputatlığa namizəd də yaralanıb.
Təhlükəsizlik qüvvələri əməkdaşları hadisə yerinə giriş-çıxışı bağlayıb və ölənlərlə yaralananların evakuasiyasını həyata keçirirlər.
Qeyd edək ki, Əfqanıstanda oktyabrın 20-nə planlaşdırılan parlament seçkiləri 2016-cı ildə keçirilməli olsa da, ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar iki illik müddətə təxirə salınmışdı/Report.