XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2018 - 19:27

İndoneziya hökuməti xarici humanitar təşkilatların yardımından imtina etdi:"Özümüzün kifayət qədər imkanlarımızi var"

İndoneziya hökuməti zəlzələdən sonra kömək üçün gəlmiş xarici qeyri-humanitar təşkilatların nümayəndələrini ölkəni tərk etməyə çağırıb.

Bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb. Kanalın İndoneziya Təbii Fəlakətlərin Aradan Qaldırılması Agentliyinə istinadla yaydığı məlumatda deyilir: “Öz şəxsi heyətini İndoneziyada yerləşdirmiş xarici qeyri-humanitar təşkilatlara onları geri çağırmaları tövsiyə edilir”.

Bu qərarı şərh edən İndoneziya Xarici İşlər Nazirliyində bəyan ediblər ki, ölkədə zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə işlər üçün kifayət qədər işçi qüvvəsi var.

Qeyri-hökumət təşkilatları bu informasiyanı təəssüf hissi ilə qarşılayıblar.

Yerli KİV-lərin bildirdiyinə görə, İndoneziya hökuməti təsadüfi hallarda xarici təşkilatların təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün yardım etməsinə razılaşır. Bu təşkilatlara icazə verildiyi hallarda belə onlara yalnız yerli əməkdaşlarla birlikdə çalışmaq tövsiyə edilir.

Xatırladaq ki, sentyabrın sonlarında İndoneziyanın Sulavesi adasında 7,5 bal gücündə güclü zəlzələ baş verib və bunun ardınca çoxsaylı “afterşok”lar qeydə alınıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 2 minə yaxın insan həlak olub/Azərtac.