XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 22:26

Ukrayna yeni reaktiv yaylım atəş sistemini nümayiş etdirdi –FOTO

Kiyevdə keçirilən beynəlxalq hərbi sərgidə Ukraynanın yeni BM 21 “Berest” reaktiv yaylım atəş sistemi təqdim edilib.

AZƏRTAC “Ukroboronproma”nın mətbuat xidmətinə istinadən məlumat verir ki, 122 mm çaplı bu atəş sistemi “Qrad”da nisbətən 10 ədəd çox, 50 mərmi atır. Qurğunu idarə edən maşın rəqəmsal sistemlə təchiz olunub.

Ümumiyyətlə, “Qrad” ilə müqayisədə “Berest” atəş dəqiqliyinə, rəqəmsal idarəetmə sistemlərinə inteqrasiyaya, daha çox mobilliyə və digər üstünlüklərə malikdir, eyni zamanda, atəş açmağa az vaxt tələb edir.

“Berest”in bütün komponentlərinin Ukraynada istehsal olunduğu nəzərə alınaraq, analoji qiymətlərlə müqayisədə onun daha ucuz başa gələcəyi qeyd edilir.