XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 22:57

AŞPA-da İsrailin ədliyyə sisteminə dair qətnamə qəbul olundu –Detallar

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) İsrailin ədliyyə sisteminə fələstinli uşaqların cəlb olunmasına dair qətnamə qəbul olunub.

Qətnamədə bildirilir ki, fələstinli uşaqların İsrailin ədliyyə sisteminə cəlb edilməsi bu ölkənin insan hüquqlarına hörmət edən demokratik dövlət kimi imicinə ziyan vurur və sülh prosesinə xələl gətirir.

Assambleya İsrail dövlətini UNİCEF, Qırmızı Aypara Cəmiyyəti, yerli təşkilatlar və bu məsələdə səlahiyyətli digər şəxslərlə yaxından əməkdaşlıq etməyə, əgər ehtiyac olarsa, İsrailin ədliyyə sistemində fələstinli uşaqların hüquqlarını müdafiə etmək məqsədilə qanunlara, həyata keçirilən tədbirlərə dəyişikliklər etməyə dəvət edir.

Sülh prosesinə yeni vüsət vermək perspektivi və aqressiya, münaqişələrə son qoymaq məqsədilə İsrail və Fələstin hakimiyyətlərinə uşaqlara, gənclərə zorakılığa əl atmamaq ruhunda tərbiyə olunmaları üçün tədbirlər görmək tövsiyə edilir/Report.