XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 Oktyabr 2018 - 09:26

Şimali Koreya lideri Roma Papasını ölkəsinə dəvət edib –Dəvətnaməni Cənubi Koreya prezidenti çatdıracaq

Şimali Koreya lideri Kim Çen In Roma Papası Fransisi rəsmən Pxenyana dəvət edib. Cənubi Koreya prezidenti Mun Caenin sözçüsü Kim Eukyeom müxbirlərə deyib ki, prezident Mun Şimali Koreya liderinin dəvətini oktyabrın 17-də Roma Papası ilə görüşdə ona çatdıracaq.

Keçən ay Pxenyanda sammit zamanı Kim Çen In  prezident Muna Roma Papasının Şimali Koreyaya səfər etməsini istədiyini deyib. Cənubi Koreya prezidentinin Roma Papası ilə görüşü onun Avropaya səfəri zamanı baş tutacaq. Prezident Mun Caen Avropa turu zamanı Danimarka, Fransa və İtaliyaya səfər edəcək.

Kim Çen Inın Roma Papasına dəvəti onun ölkəsini beynəlxalq təcriddən çıxarmaq üçün göstərdiyi səylər arasında sonuncusudur. Bu diplomatik səylərə Cənubi Koreya prezidenti Mun Caeinlə üç zirvə görüşü və iyun ayında ABŞ prezidenti Donald Trampla Sinqapurda sammiti daxildir.

Kim Çen Inın Kim Conq İl Roma Papasını Şimali Koreyaya 2000-ci ildə dəvət etmişdi, lakin bu səfər heç vaxt baş tutmamışdı. Şimali Koreyanın konstitusiyası ilə din azadlığına icazə verilsə də, dini ibadət dövlət tərəfindən nəzarət edilərək məhdudlaşdırılıb.

(Amerikanın səsi)