XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

10 Oktyabr 2018 - 11:04

Qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsinə qadağa qoyuldu- İranda

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi yerli bazarı tənzimləmək məqsədilə hər növ taxta və ağac materiallarının ixracını qadağan edib.

Trend-in məlumatına görə, müxtəlif ağac materialları, neopan xammalından başqa, həmçinin qəzet kağızı və dəftərlər də daxil olmaqla kağız məmulatlarının ixracı qadağan olunub.

Xarici valyuta bazarında qeyri-stabillik, bəzi məhsulların qiymətinin bahalaşması, eləcə də bəzi şəxslərin mövcud şəraitdən sui-istifadə etməsi nəticəsində, kabinet, mebel və yataq dəstlərinə aid olan ağac məhsullarında bahalaşma qeydə alınıb.

Statistikaya görə, ölkədə ildə təxminən 1 milyon 700 min kvardrat-metr MDF istehsal olunur və nazirlik 2 milyon 500 min kvadrat-metr MDF-in istehsalını məqsəd götürüb.

Bununla belə, ölkənin ağac materialı sənayesinin bir hissəsi idxalla təmin olunur.