XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 Oktyabr 2018 - 12:21

Gürcüstan ABŞ-dan yeni silahlar alacaq

Gürcüstanın Müdafiə Nazirliyi ABŞ-dan yeni, müasir tipli silahlar almaq niyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria bəyan edib. O deyib ki, Gürcüstan NATO ölkələrinin inam və etibarını qazanıb. Bu inam və etibar, qarşılıqlı əməkdaşlıq Gürcüstanın ABŞ-dan müasir silahlar alması zərurətini yaradıb.

Nazir konkret olaraq hansı silahların alınacağını açıqlamayıb. Amma gürcü mətbuatı yazır ki, Gürcüstan ABŞ-dan müasir tipli “Stingür” zenit-raket kompleksi almağı planlaşdırır.