XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 11:03

Yaponiyanın Baş naziri Şinzo Abe Çinə səfər edəcək- Oktyabrın 25-27-də

Yaponiyanın Baş naziri Şinzo Abe oktyabrın 25-27-də Çin Xalq Respublikasında (ÇXR) rəsmi səfərdə olacaq.

AZƏRTAC Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyanın dəvəti əsasında baş tutacaq səfər 2011-ci ildən sonra Yaponiya Baş nazirinin Çinə ilk səfəridir. Səfər zamanı Çin rəsmiləri ilə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafına, habelə regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Bundan başqa, Çin-Yaponiya sülh və dostluq sazişinin 40-cı ildönümü münasibətilə qəbul təşkil olunacaq.

Şinzo Abenin səfəri Çin Dövlət Şurası sədrinin 5 ay əvvəl Tokioya səfərindən sonraya təsadüf edir. Dünyanın ən böyük ikinci (Çin) və üçüncü (Yaponiya) iqtisadiyyatlarına sahib olan ölkələr arasında son illər dəfələrlə tarixi məsələlərdən qaynaqlanan siyasi gərginlik yaşanıb.

Qeyd edək ki, Çində ötən əsrdə yapon istilası dövründə yaşanmış hadisələrə tərəflərin fərqli yanaşma nümayiş etdirməsi iki ölkə arasında siyasi, bəzən də iqtisadi gərginliyə səbəb olur. Yaponiya ilə İkinci Dünya müharibəsindən sonra qurulan Çin Xalq Respublikası arasında münasibətlər uzun müddət normal olmayıb. Yalnız 1972-ci ildə imzalanmış birgə bəyannamə ilə ÇXR ilə Yaponiya arasında diplomatik əlaqələrin təməli qoyulub. Bundan 6 il sonra isə tərəflər arasında sülh və dostluq sazişi imzalanıb.