XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 11:55

Çin Mərkəzi Bankının sədri:“Yuanın məzənnəsinin dəyişməsindən ABŞ-a qarşı ticarət müharibəsində istifadə etməyəcəyik”

“Çin hökuməti ölkənin milli valyutası – yuanın məzənnəsinin bazar münasibətləri baxımından oynadığı rolu nəzərdən keçirir”.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Çin Mərkəzi Bankının sədri Yi Qanq deyib.

“Biz yuanın devalvasiyası ilə bağlı spekulyasiyaya yol vermirik və məzənnənin dəyişməsindən ABŞ-a qarşı ticarət müharibəsində silah kimi istifadə etməyəcəyik”, – deyə o qeyd edib.