XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 13:34

Makron qol götürüb Paşinyanla oynadı –Fransızdilli liderlər Ermənistanda toy-bayramla qarşılanıb (Video)

Yerevanda otuzadək fransızdilli ölkənin liderlərinin iştirakı ilə keçirilən ikigünlük yığıncaq başa çatıb. Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, bu görüş onun ölkəsinin beynəlxalq aləmdəki imicini daha da yaxşılaşdırıb.

Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Truder və başqa sammit iştirakçıları oktyabrın 12-də birgə bəyannamə imzalayıblar. Bu bəyannamə hələlik ictimaiyyət üçün açıqlanmayıb. Sammitdə Ruandanın xarici işlər naziri Luis uise Muşikivabo Beynəlxalq Frankofon Təşkilatının (International Organization of La Francophonie (OIF) sədri təyin olunub.

40-dək ölkədən nümayəndələrin iştirak etdiyi bu sammit Yerevanın indiyədək qonaqladığı ən böyük beynəlxalq tədbir olub. Ermənistan şərhçiləri bildirirlər ki, sammit Ermənistanın Fransa ilə xüsusi münasibətlərinin mövcudluğunu bir daha təsdiq edib.

Nikol Paşinyan bu münasibətlə xalqa videomüraciətində habelə Ermənistanın keçmiş hökumətini və keçmiş xarici işlər naziri Edvard Nalbandyanı Frankofon təşkilatının növbəti sammitinin Yerevanda keçirilməsinə dair 2016-cı il qərarının qəbul edilməsindəki roluna görə təqdir edib.

Bu tədbirdən yayınlanan videoreportajlarda Nikol Paşinyan, Makron, Monako şahzadəsi Albert və Trudenin birgə rəqs etdikləri görünür.

Frankofon ölkələr qrupuna fransız dilində danışan və ya mədəniyyətcə Fransaya bağlı olan 54 dövlət daxildir. Bunların əksəriyyəti keçmiş Fransa müstəmləkələridir.

(Azadlıq radiosu)