XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 17:18

Dağıstanda yaraqlılarla atışma:polis əməkdaşı yaralanıb

Rusiya Federasiyasının Dağıstan Respublikasının Xasavyurd rayonunda polislə yaraqlılar arasında atışma olub, bir polis əməkdaşı yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə Endirey kəndində evlərdən birinin yoxlanışı zamanı baş verib.

Hazırda hücum edən yaraqlıların dəqiq sayı dəqiqləşdirilir.

Mənbənin verdiyi məlumata görə, Xasavyurd rayonunda artıq altı aydan çoxdur antiterror əməliyyatı (ATƏ) rejimi hökm sürür.