XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 22:21

ABŞ Suriyaya qadağan olunmuş bomba atıb –Zərbələr Hacin şəhərinə endirilib

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyaya ağ fosfor bombaları atıblar.

Bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, koalisiya qüvvələri terrorla mübarizəni bəhanə gətirərək Suriyanı bombalamağa davam edir və bu zaman qadağan olunmuş hücum vasitələrindən istifadə etməkdən belə çəkinmirlər.

“ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya ərazisinə endirdikləri hava zərbələrində beynəlxalq normalarla qadağan edilmiş ağ fosforlu bombalardan istifadə ediblər. Zərbələr ölkənin cənub-şərqində Deyr-əz-Zor səhrası yaxınlığındakı Hacin şəhərinə endirilib”, – deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, hava hücumu nəticəsində ölüm faktı qeydə alınmayıb.