XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 Oktyabr 2018 - 14:53

Rusiyaya qarşı yeni sanksiyaların anonsu verildi –Sabah Avropa İttifaqının XİN rəhbərləri toplaşacaq

Sabah Avropa İttifaqı ölkələrinin XİN başçıları Şurası kimyəvi silahdan istifadəyə görə Rusiyaya qarşı yeni sanksiyalar planını təsdiq edəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mənbəyə əsasən, Lüksemburqda keçiriləcək toplantıda Suriyada və Solsberidə qeydə alınmış hücumlardan sonra Britaniyanın və Fransanın təklif etdiyi sanksiyaların əks olunduğu sənədin imzalanması planlaşdırılır.

Britaniya KİV-ləri yazır ki, yeni sanksiyalar zərfində nəzərdə tutulduğuna görə, Rusiyanın kəşfiyyat orqanlarının rəhbərlərinin və onların yaxın tərəfdaşlarının Aİ ölkələrinə girişi məhdudlaşdırılacaq və həmin şəxslərin bank hesabları dondurulacaq. Eyni zamanda, Böyük Britaniya XİN-in əməkdaşı vurğulayıb ki, bu sanksiyalar bilavasitə Rusiyaya qarşı deyil, bütün dünyada kimyəvi silahdan istifadəyə qarşı yönəlib.