XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2018 - 20:00

Donald Tramp müdafiə nazirinin istefasından danışıb:"Ola bilsin, istefaya getsin"

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

Trend-in məlumatına görə, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: “Mən bu barədə bilmirəm, o, mənə deməyib”. Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.

“Lakin ola bilsin, istefaya getsin”, – deyə Tramp bildirib.