XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

14 Oktyabr 2018 - 22:00

Britaniyanın sabiq naziri Devis nazirləri Meyə qarşı çıxmağa çağırıb –“Brexit” qalmaqalı  

Böyük Britaniyanın sabiq “Brexit” naziri Devid Devis Nazirlər Kabinetinə çağırış edib.

O, kabinetdən “öz kollektiv mövqeyini göstərməyi” və Baş nazir Tereza Meyin Brexit müqaviləsinə qarşı çıxmağa səsləyib. Bu fikirləri Devid Devis BBC-də yayımlanan verilişdə səsləndirib.

O, həmçinin Böyük Britaniyanın Gömrük İttifaqında qalıb-qalmaması ilə bağlı sualı cavablandıraraq bildirib ki, bunu zaman göstərəcək.

Qeyd edək ki, Devid Devis iyulda Baş nazir Tereza Meylə ölkəsinin Avropa İttifaqından çıxış şərtləri ilə razılaşmadığı üçün vəzifəsindən istefa verib.