XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 08:48

Ərdoğan və Səudiyyə kralı telefonla danışdı –İki ölkə Xaşuqci ilə bağlı tədqiqat qrupu yaradır

 Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, dövlət başçıları Səudiyyə Ərəbistanı əsilli jurnalist Camal Xaşuqcinin oktyabrın 2-də İstanbulda itkin düşməsi məsələsini müzakirə ediblər.

Tərəflər hadisə ilə bağlı birgə tədqiqat qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıblar.