XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 11:56

“Brexit” danışıqları nəticəsiz bitdi –London və Brüssel sərhəd məsələsində anlaşa bilmirlər

Britaniya və Avropa Birliyi (AB) qurumun gözlənən sammiti ərəfəsində “Brexit” razılaşmasını əldə edə bilməyib.

Oktyabrın 14-də AB-nin təmsilçisi Miçel Barnier və Britaniyanın “Brexit” naziri Dominik Raab arasında, AB-nin Brüsseldəki 27 elçisinin iştirakıyla görüş keçirilib. Belə bir gözlənti vardı ki, Britaniyanın AB-dən çıxışının şərtlərini müəyyənləşdirəcək razlaşmanın əldə olunması qaçılmazdır.

Amma Barnier Twitter-də yazıb ki, gərgin səylərə baxmayaraq, bəzi əsas məsələlər hələ də açıq qalır.

Onun sözlərinə görə, tərəfləri ayıran əsas məsələ “Brexit”-dən sonra Böyük Britaniyaya daxil Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhədin möhkəmləndirilməsindən qaçmaqdır.

Britaniya hökuməti həlledilməmiş məsələlərin hələ qaldığın bildirsə də, razılaşmaya doğru real irəliləyişin gerçəkləşdirildiyini bildirib. İrlandiya AB üzvüdür və hazırda Şimali İrlandiya ilə sərhədində qaydalar sərt deyil, gömrük qaydaları da tətbiq olunmur. AB sərhədin yumşaqlığını saxlamaq istəyir.

Britaniyanın Baş naziri Tereza Mey isə üzvü olduğu Mühafizəkarlar Partiyasının təzyiqi altındadır, ondan AB-yə özəlliklə sərhəd məsələsində heç bir güzəştə getməməyi tələb edirlər. Oktyabrın 17-də AB-nin sammiti başlanır. Britaniyanın birlikdən çıxması gələn ilin martına planlaşdırılır.

(Azadlıq radiosu)