XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 19:04

“Türkiyənin Suriyaya qarşı hücumundan ciddi şəkildə narahatıq” –Rusiya bəyanat yaydı

komandoRusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada "Türkiyənin Suriyaya qarşı hücumundan ciddi şəkildə narahatıq" sözləri yer alıb.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında Türkiyənin cihadçı qruplara Suriyaya girmələri üçün kömək etdiyi də qeyd olunub.

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov isə Suriyada atəşkəs əldə olunsa belə, bu ölkədəki hava hücumlarına davam edəcəklərini bildirib.

G.Qatilov deyib: “Suriyada İŞİD, "Əl-Nusra" Cəhbəsi və Əl-Qaidə ilə əlaqəsi olan terror təşkilatları ilə mübarizə aparırıq. Buna görə də atəşkəs əldə olunsa da, biz Suriyada olan terror qruplaşmalarına qarşı hücumlara davam edəcəyik”.