XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 20:17

Dəmir yollarında qəzaların sayına görə Çexiya Avropa İttifaqında liderdir

Çexiya Ali Nəzarət İdarəsinin (NKÚ) məlumatına görə, 2013-2017-ci illərdə bu ölkənin dəmir yollarında təhlükəsizliyin artırılmasına 2,6 milyard krondan (104 milyon avro) çox vəsait yatırılmasına baxmayaraq, həmin dövrdə qəzaların sayı azalmayıb.

AZƏRTAC xəbər verir ki, Çexiya dəmir yolu nəqliyyatında qəzaların sayına görə Avropa İttifaqında ilk yerlərdən birini tutur, dəmir yollarında ölümlə nəticələnən qəzaların sayına görə isə Aİ ölkələrinin hamısını geridə qoyub.

2013-cü ildə Çexiyanın dəmir yollarında 165 qəza baş verib, 2017-ci ildə qəzaların sayı 159-a bərabər olub. Son beş ildə həlak olanların orta sayı ildə 35 nəfər təşkil edib, yaxud əhalinin hər milyon nəfərinə üç ölüm hadisəsi düşüb.