XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2018 - 21:31

Bolqarıstanda deputatlar hökumətə etimadsızlıq votumu irəli sürüblər- Hökuməti səhiyyə siyasətinə görə günahlandırırlar

Bolqarıstan Sosialist Partiyasının (BSP) deputatları ölkə parlamentində “Borisov 3” hökumətinə etimadsızlıq votumu irəli sürüblər.

Bu dəfə sosialistlər hökuməti səhiyyə sistemində aparılan siyasətə görə günahlandırırlar.

Votumu BSP partiyasının 79 deputatı imzalayıb. Sosialistlərin fikrincə, Bolqarıstanın səhiyyə sistemində vəziyyət getdikcə daha da pisləşir, çoxsaylı həkim və mütəxəssis ölkəni tərk edir.

Hökumətin yeni islahatları isə hər bir bolqar vətəndaşına yenidən maliyyə baxımından təsir edəcək. BSP hökuməti istefaya getməyə çağırır.

Qeyd edək ki, bu, BSP partiyası tərəfindən irəli sürülən sayca üçüncü etimadsızlıq votumudur. Bundan əvvəl partiya tərəfindən hökumətə parlamentdə “korrupsiya” və “təhlükəsizlik” mövzuları üzrə iki etimadsızlıq votumu irəli sürülüb(azərtac).