XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 21:54

Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək- Səbəb

Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində iştirak etməyəcək.

Əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir.

Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb.

Xatırladaq ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb(azərtac).