XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2018 - 10:12

Gürcüstanda 25 namizəd mübarizə aparacaq- Prezidentlik uğrunda

Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Anna Dolidze məlumat verib.

O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər səsverməyə 12 gün qalanadək, yəni oktyabrın 16-da öz namizədliyini geri götürə bilərdi.

Lakin bu günədək namizədlərin heç biri müvafiq məsələ ilə bağlı MSK-ya müraciət etməyib. Odur ki, seçki bülleteninə 25 namizədin hamısının adı daxil ediləcək.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Prezidentliyə 25 namizəddən 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.