Türkiyədə Kahramanmaraş-Kayseri şosesi ilə hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 7 nəfər ölüb.
Hadisə nəticəsində 23 insanın yaralandığı qeyd edilir.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, Kahramanmaraş vilayətinin Göksun rayonu ərazisində baş verən hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.