XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 13:12

Rəcəb Tayyib Ərdoğan Moldovaya gedir- İki günlük rəsmi səfər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 17-də Moldovaya iki günlük rəsmi səfərə gəlir.

AZƏRTAC Moldova hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Moldova prezidenti İqor Dodon, parlamentin spikeri Andrian Kandu və baş nazir Pavol Filipp ilə görüşlər keçirəcək. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə hökumətinin maliyyə dəstəyi ilə bərpa edilən Moldova Prezidenti Administrasiyasının binasının açılışında iştirak edəcək.

Türkiyə prezidenti səfərinin ikinci günü Moldovanın cənubuna gedərək bir sıra sosial obyektlərin açılış mərasimlərinə qatılacaq, Qaqauz Muxtar Regional Torpağın rəhbərliyi ilə görüşlər keçirəcək.