XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2018 - 14:28

ABŞ və Yaponiya birlikdə yeni raketin sınaqlarını keçirəcəklər- FOTO

ABŞ və Yaponiya silahlı qüvvələri gələn həftə birlikdə “SM-3 Block 2A” raketini sınaqdan keçirməyi planlaşdırırlar.

AZƏRTAC “Sankei” qəzetinə istinadla xəbər verir ki, raketdən müdafiə üzrə regional sistemin mühüm komponenti olacaq sınaqların Havay adaları rayonunda keçiriləcəyi planlaşdırılır.

Uçuş məsafəsi min kilometr olan “SM-3 Block 2A” raketinin ilk sınağı ötən ilin fevralında uğurla başa çatıb. Lakin ötən ilin iyununda və cari ilin yanvarında keçirilən növbəti sınaqlar uğursuzluqla nəticələnib.

Növbəti sınaq zamanı da təlim hədəfini vurmaq mümkün olmayacağı təqdirdə, yeni raketin yerləşdirilməsi planında dəyişiklər aparılacaq.

Hazırda Tokio həmin raketdən dördünü almaq və onları 2021-ci ilədək döyüş növbəsinə yerləşdirmək niyyətindədir. Bu raketlərin “Aegis” çoxhədəfli izləmə sisteminə malik hərbi gəmilərdə, sonradan isə yerüstü “Aegis Ashore” kompleksində yerləşdirilməsi nəzərdə tutulur.