Krımda kolleclərin birində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub.
Təxminən 50 nəfərin xəsarət aldığı deyilir. Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub.
İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.