XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 06:36

Obama Rusiyaya qarşı sanksiyanı bir il artırdı

Ukraynanın ərazi bütövlüyü və suverenliyini hədələyən insanlar kimlərdir?

ABŞ prezidenti Barak Obama Rusiyaya sanksiyanı bir il artırıb.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Obamanın fikrincə, ABŞ-ın təhlükəsizliyi və xarici siyasətinə ekstraordinar və qeyri-adı təhdidin yer aldığı durum mövcuddur.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, bu təhdidi “Ukraynadakı demokratik proses və institutları məhv edən, Ukraynanın ərazi bütövlüyü və suverenliyini hədələyən siyasət və insanlar” təmsil edir.

Obama 2014-cü il martın 6-dan Rusiyaya qarşı qüvvəyə minmiş fövqəladə durum rejiminin vaxtını uzatdığını bəyan edib.

Bu sanklsiyalar Rusiyanın bir sıra vətənadaşlarına, rəsmi şəxslərə, həmçinin Ukraynanın eks-prezidenti Yanukoviçin hökumətinə daxil olmuş vəzifə sahiblərinə aiddir.

Bu addım həm də Rusiyanın bir sıra iri iş adamlarına, qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın başçılarına və bu ərazilərdəki iri şirkətlərə qarşı atılıb.