XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 16:56

İstintaq komitəsi:Kerç kollecində baş verən partlayış terror aktıdır

Rusiyanın İstintaq Komitəsi Krımın şərqində yerləşən Kerç şəhərindəki kolleclərin birində baş verən partlayışı terror aktı adlandırıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insidentlə bağlı cinayət işi açılıb, təhqiqatla qurumun mərkəzi aparatı məşğul olacaq.

Rusiyanın Milli Antiterror Komitəsi kollecdə partlayıcı qurğunun işə salındığını bildirib. Məlumata görə, partlayış kollecin yeməkxanasında baş verib və qurğu metal hissəciklərlə doldurulub.

Xatırladaq ki, bu gün Kerç şəhərindəki texnikumlardan birində baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 50 nəfərə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 20-si xəstəxanalara yerləşdirilib.