XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 18:57

Kerçdə törədilmiş partlayışın təşkilatçısı intihar edib

Kerçdə, politexnik kollecində törədilmiş partlayışın təşkilatçısı, dördüncü kurs tələbəsi, 18 yaşlı Vladislav Roslyakov intihar edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Rossiya 24” telekanalının efirində Krımın başçısı Sergey Aksyonov verib. Şübhəli bilinən tələbənin meyiti kollecin kitabxanasında aşkar edilib.

Politexnik kollecində partlayış nəticəsində 18 nəfər həlak olub, təqribən 50 adam zərər çəkib. İçi metal əşyalarla doldurulmuş qurğu yeməkxanada işə salınıb.