Çingiz Aydarbekov Qırğızıstanın xarici işlər naziri təyin edilib.
Bununla bağlı Qırğızıstan Prezidenti fərman imzalayıb. Bundan əvvəl Ç.Aydarbekov Qırğızıstanın Yaponiyadakı səfiri işləyib.
Yeni nazirin 41 yaşı var, əmək fəaliyyətinə 1998-ci ildə Qırğızıstanın Xarici İşlər Nazirliyində başlayıb. Nazirlikdə və Qırğızıstan parlamentində məsul vəzifələrdə çalışıb, 2016-cı il aprelin 18-dən Yaponiyada işləyib.
Xatırladırıq ki, Qırğızıstanın sabiq xarici işlər naziri Erlan Abdıldaev bu il oktyabrın 12-də istefa vermişdi/Azərtac.