XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 20:21

İsrail raket zərbələrinə məruz qalıb:yaralılar var

İsrail raket zərbələrinə məruz qalıb.

Trend-in “The Jerusalem Post”a istinadən verdiyi məlumata görə, raket zərbələri oktyabrın 17-də Qəzza sektoru tərəfdən endirilib.

Mərmilərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb, xəsarət alanlar var.

Daha bir mərmi isə Təl-Əvivdən cənuba, Bat Yam şəhəri yaxınlığında dənizə düşüb.

İsrail hərbçiləri raket əleyhinə sistemlərin niyə işə düşmədiyini aydınlaşdırırlar.

Buna cavab olaraq İsrail aviasiyası Qəzza sektoruna zərbələr endirib. Fələstinlilərin məlumatına görə, bir nəfər ölüb, ən azı 10 nəfər yaralanıb.

Raket atəşindən sonra müdafiə naziri Aviqdor Liberman Erez və Kərəm-Şalom sərhəd buraxılış məntəqələrinin bağlandığını elan edib.