XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 11:47

“Ukrayna Azov dənizində NATO ilə birgə təlimlər keçirə bilməyəcək” –Lavrovdan xəbərdarlıq

“Ukrayna Azov dənizində NATO ilə birgə təlimlər keçirə bilməyəcək, çünki bunun üçün Rusiyanın razılığı tələb olunur”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib.

“İndi Ukrayna Azov dənizinə NATO təlimlərini çağırmaq istəyir, amma orada birgə təlimlər keçirilə bilməz. Çünki Ukrayna ilə müqaviləmiz Azov dənizinə hərbi gəmilərin keçidi üçün ikitərəfli razılıq tələb edir”, – Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.

Rusiya diplomatiyasının başçısının sözlərinə görə, NATO Rusiyanın sərhədlərində silah yığmağa davam edir:

“Avropada nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə kökləniblər ki, Amerikanın və yəqin ki, NATO-nun başqa ölkələrinin ağır silahlarını sərhədlərimizə çatdırmaq daha asan olsun”, – Lavrov deyib.

Qeyd edək ki, hazırda Ukrayna NATO ölkələri ilə birgə hərbi təlimlərdə iştirak edir. “Clear Sky 2018” təlimlərində 8-i NATO üzvü olmaqla 9 ölkə cəlb olunub/Publika.az.