Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.
“TRThaber” xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə bildirib.
Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.
NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.
Hücumun məsuliyyətini üzərinə götürən “Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib/Report.