XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 14:14

Koçaryan yeni partiya qurduğunu bəyan edib:“Müxalifət meydanı boşdur, onu doldurmaq lazımdır”

Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa hazırlaşır.

Strateq.az bildirir ki,  Koçaryan bu barədə RİA-Novosti-yə müsahibəsində bildirib.  Sabiq prezident müxalifətdə olacağını elan edib.

Koçaryanın sözlərinə görə, partiyanın adının necə olacağı prinsipial əhəmiyyət daşımır.  “Hazırda mən müxalifət meydanında ciddi vakuumun olduğunun görürəm. Hesab edirəm ki, ölkənin maraqları naminə o meydanı doldurmaq lazımdır”.

Eks-prezident vurğulayıb ki, hakimiyyətdə hansısa yüksək post tutumağa can atmır. “Əgər belə istəyim olsaydı 10 il özəl həyatımı yaşamazdım.  Şərait özü adamı prosesə cəlb edir”.

Koçaryan qarşıdakı növbədənkənar seçkilərdə iştirak etməməsini vaxt çatdıra bilməməsi ilə izah edib: “Mən partiyasız idim. Bu o deməkdir ki, mən sıfırdan partiya qurmalıyam. Seçkilərə yenilənmiş komanda ilə getmək istərdim”.