XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2018 - 14:58

Sarkisyan məhkəməyə verildi –Baş prokurorun sabiq müavini tərəfindən

Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan ölkənin sabiq prezidenti və baş naziri Serj Sarkisyanı məhkəməyə verib.

Report xəbər verir ki, sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı prezident Serj Sarkisyanın sərəncamını qanunsuz sayır.

O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub.

Baş prokurorun keçmiş müavini ölkədəki korrupsiyaya qarşı olduğunu da müraciətində vurğulayıb.