XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 21:28

Avropa İttifaqı Səudiyyə Ərəbistanı hədələdi:"Cavab tədbirləri olacaq"

 “Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanından jurnalist Camal Xaşuqcinin itkin düşməsi ilə bağlı istintaqın tam şəffaf şəkildə aparılmasını gözləyir. Əks təqdirdə, bu ölkəyə qarşı məhdudlaşdırıcı tədbirlər görüləcəyini istisna etmir”.

TASS xəbər verir ki, bunu Avstriya Kansleri Sebastian Kurtz Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünün ikinci gününün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Sanksiya məsələsi gündəmdə olmadığından bununla bağlı müzakirə aparmadıq. Lakin sizə dəqiq deyirəm ki, Aİ tərəfindən bu məsələ ilə bağlı cavab tədbirlərinin (Səudiyyə Ərəbistanına qarşı – red.) atılması mümkündür” – Kansler deyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və “The Washington Post” qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Xaşuqci bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Report